Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) daşqınlar baş verib.
Medianews.az xəbər verir ki, Ras Al Khaimah Əmirliyi və Füceyrə Əmirliyində leysan yağışların səbəb olduğu daşqınlarda bir çox küçələ gölə çevrilib, onlarla avtomobil sel sularında qalıb.
Seldə ölən və yaralanan olmadığı bildirilərkən, xilasetmə qrupları seldə qalanlara kömək etmək üçün səfərbər edilib.
BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay əmiri Şeyx Məhəmməd Bin Rəşid Əl Maktum Daxili İşlər Nazirliyinə daşqından zərər çəkmiş ərazilərə təcili yardım qrupları göndərməyi tapşırıb.
Leyla, Medianews.az