Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Borns Rusiya prezidenti Vladimir Putinin ağır xəstə olması ilə bağlı iddialardan danışıb .
Medianews.az xəbər verir ki, mətbuatda gedən xəbərlərdə Putinin xərçəng əməliyyatı olacağı, hətta ömrünün qısa olacağı iddiaları da yer almışdı. Hətta parkinson xəstəliyinə tutulduğu iddia edilən Putinin şişmiş üzü və boynu onun steroid müalicəsi aldığına dair iddialara səbəb olmuşdu.
Nəhayət, Aspen Təhlükəsizlik Forumunda danışan Burns, Ukraynaya müdaxilə səbəbiylə əks reaksiyaların hədəfinə çevrilən Putinin “çox sağlam” olduğunu bildirib. 2005-2008-ci illərdə ABŞ -ın Moskvadakı səfiri vəzifəsində çalışmış Burns, “bizim bildiyimiz qədər, o, tamamilə sağlamdır” deyib.
Burns həmçinin Ukrayna müharibəsində təxminən 15 min rusun öldüyünü bildirib.
Leyla, Medianews.az