Pakistanın Sadiqabad şəhərində Hind çayında batmış qayıqda olan ən azı 19 qadın boğularaq ölüb.
Medianews.az xarici mediaya istinadə xəbər verir ki, göyərtəsində 60-70 sərnişinin olduğu qayıq Pakistanın Pəncap əyalətinin Sadiqabad şəhərində Hind çayında aşıb.
Hadisə yerinə gələn polis ən azı 19 qadının boğulduğunu, ən azı 35 nəfərin isə xilas edildiyini açıqlayıb.
Batan qayığın Xarordan Maçkaya gedən toy karvanına məxsus olduğu öyrənilib.
İtkin düşmüş şəxslərin axtarışları davam edir.
Medianews.az