Türkiyədə hərbçi polis məmuru olan sevgilisini tapança ilə vuraraq öldürüb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Balıkesir şəhərində baş verib.
Hərbçi Burkay Urcan polis məmuru 24 yaşlı Kübra Açarı tapança ilə 3 dəfə atəş açaraq qətlə yetirib.
Ötən gün saat 22:00 radələrində baş verən hadisədə silah səslərini eşidən mühafizəçilər əraziyə baxış keçirərkən maşının yanında qanlar içində 2 nəfərin yerdə uzandığını görüblər. Xəbər verilərək hadisə yerinə təcili yardım və jandarma qrupları sövq edilib. Təcili yardım hadisə yerinə gəldikdən sonra hər iki şəxsin öldüyünü müəyyən edib.
Onların cəsədləri prokurorluğun araşdırmasından sonra Bursa Ədliyyə Tibb Təşkilatının morquna aparılıb. İlk müayinədə qruplar Burkay Urcanın Kübra Açara tapança ilə üç atəş açdıqdan sonra öz başına tək atəş açdığını qiymətləndirib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az