Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gündəmlə bağlı yeni açıqlamalar verib.
Medianews.az xəbər verir ki, bir neçə gün öncə Suriyaya əməliyyat siqnalı verən Ərdoğan, bu gün “Cənub sərhədimizdə yaradılmağa çalışılan terror dəhlizini darmadağın etdik”,- deyə bildirib.
Prezident daha sonra bunları deyib: “Həm təhlükəsizlik xəttimizdəki çatışmazlıqları tamamlayacaq, həm də ciddi şəkildə araşdırmalar aparırıq. Yeni əməliyyatlarla cənub sərhədlərini keçib, bütün qüvvələrimizi qurudan, dənizdən və havadan hər cür missiyalara hazır vəziyyətə gətirmişik”.
Türkiyə ordusunun hər zaman düşmənlərin hədəfində olduğunu xatırladan prezident Ərdoğan, “Sərhəd əməliyyatlarımız başlayandan bəri 500 mindən çox suriyalı qardaşımızın təhlükəsiz bölgələrə qayıtmasını təmin etdik. Türk milləti üçün güclü orduya sahib olmaq tarix boyu həmişə olduğu kimi seçim deyil, məcburiyyətdir”, – deyə bildirib.
“Pəncə-Kilit” əməliyyatının əhəmiyyətinə toxunan prezident bunları bildirib: “Türk ordusuna hücum etmək üçün hər dövrdə fərqli maşınlar, müxtəlif insanlar istifadə olunub. Son zamanlar FETÖ-nün xəyanət dəstəsinin üzvləri ilə bu məqsədə çatmağa çalışıblar. Millətimizə həmd olsun,bu böyük xəyanət oyununu qırdıq. Yeni təmizlənmiş Türk Silahlı Qüvvələrimizi kadr hazırlığından silah gücünə qədər hər sahədə dünyanın ən müasir ordularından biri etmək üçün addımlar atdıq. Bu vəsilə ilə aprel ayında başladığımız Fərat Qalxanı, Zeytun Budağı, Barış bulağı, Bahar Qalxanı əməliyyatları və Pəncə-Kilid əməliyyatı ilə cənub sərhədimizdə yaradılmağa çalışılan terror dəhlizini darmadağın etdik”.
Medianews.az