Taliban Əfqanıstanda hava limanlarının istismarı üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə müqavilə imzalayacaqlarını açıqlayıb .
Medianews.az xəbər verir ki, “Reuters”in verdiyi məlumata görə, bu barədə “Taliban”ın liderlərindən olan Molla Əbdülqəni Baradar “Twitter” hesabında açıqlama verib.
Bildirilir ki, Baradarın BƏƏ ilə vəzifə bölgüsü razılaşmasını elan etdiyi mesaj Türkiyə və Qətərin iştirakı ilə aylarla davam edən danışıqlardan sonra gəlib.
Xatırladaq ki, BƏƏ, Türkiyə və Qətər bir müddətdir ki, Kabil və Əfqanıstanda hava limanlarının istismarı üçün Talibanla danışıqlar aparır. Hətta Türkiyə və Qətər hava limanlarının istismarı və təhlükəsizliyini dəstəkləmək üçün Əfqanıstana müvəqqəti texniki qruplar göndərmişdi.
Qeyd edək ki, Əfqanıstanda strateji əhəmiyyətli Kabil Həmid Kərzai hava limanının və digər hava limanlarının istismarı avqustda Talibanın hakimiyyəti ələ keçirməsindən sonra mübahisələrə səbəb olub.
Leyla