Demokratiya və Qadın Təşəbbüsləri İB Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşlatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ilə Dini radikallığın milli-mənəvi dəyərlərə göstərdiyi göstərdiyi mənfi təsirlərin aradan qaldırılmasına dair tədbirlər proqramı” adlı layihəsi çərçivəsində 13.04.22 tarixində “Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında medianın rolu” adlı tədbir həyata keçirmişdir.
Tədbirdə jurnalistlər, ekspertlər, siyasi partiyaların nümayəndələri və vətəndaş cəmiyyətinin fəal üzvləri iştirak etmişdir.
Tədbirdə layihənin eksperti Günay Hüseyn, Jurnalist Emil Salamoğlu, Ağ partiyanın başqan müavini Cavanşir Abbaslı və başqaları çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Daha sonra iştirakçılardan Emil Salamoğlu təcrübələrini iştirakçılarla bölüşərək, xüsusilə bu sahədə media və ictimaiyyət arasında olan əlaqələrin daha sıx olması gərəkdiyini xüsusilə vurğuladı.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onların sualları cavablandırıldı.