İstanbulda qətl törətdiyi üçün həbsə edilən ərindən sonra narkotik və silah ticarətini ələ keçirən “Hanımağa” ləqəbli qadın mafiya lideri Pınar D. polisin əməliyyatı ilə yaxalanıb.
Medianews.az xəbər verir ki, əməliyyat zamanı onun evindən çıxan silah-sursat hər kəsi şoka salıb.
Polis qrupları tərəfindən həyata keçirilən əməliyyatda 13 cinayəti olan Pınar D.-nin evindən yüzlərlə narkotik həb, həmçinin əl qumbarası, M16 Amerikan döyüş tüfəngi və qılınc ələ keçirilib.
Polis həmin ünvanda olan Pınar D.-nin qızı S.B.-ni də saxlayıb. Mənzildə axtarış aparan qruplar 360-dan çox narkotik maddə də aşkarlayıb. Pınar D. evdə olmadığı üçün təqib işlərini dərinləşdirən polis 10 gün sonra həmin ünvanda ikinci əməliyyat keçirib. Basqınla mənzilə daxil olan qruplar, Pınar D.-ni az miqdarda narkotik maddə ilə nəzarətə götürüb.
Polis araşdırması zamanı Hanımağanın narkotik alveri, qəsdən xəsarət yetirmə, hədələmə, evdən oğurluq və intihara təşəbbüslə bağlı 13 cinayətinin olduğu üzə çıxıb.
Turan Oruc
Medianews.az