UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Gecənin ilk oyununda İngiltərə “Lester”i Niderlandda PSV ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.
Hesabı 27-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Eran Zahavi açıb. 77-ci dəqiqədə Ceyms Meddison hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Rikardu Pereyra “Lester”ə qələbə qazandırıb. İngiltərəki ilk görüşdə hesab açılmamışdı.
“Lester” yarımfinalda “Budyo Qlimt” (Norveç) – “Roma” (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 28-də və mayın 5-də olacaq.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
20:45. PSV (Niderland) – “Lester” (İngiltərə) – 1:2
Qollar: Eran Zahavi, 27 – Ceyms Meddison, 77. Rikardu Pereyra, 88
İlk oyun – 0:0
23:00. “Slaviya” Praqa (Çexiya) – “Feyenoord” (Niderland)
İlk oyun – 3:3
23:00. PAOK (Yunanıstan) – “Marsel” (Fransa)
İlk oyun – 1:2
23:00. “Roma” (İtaliya) – “Budyo Qlimt” (Norveç)
İlk oyun – 1:2