Rusiya ordusunun ukraynalı qadınları zorlaması ilə bağlı iddiaların ardı-arası kəsilmir.
Medianews.az xəbər verir ki, rus əsgərlərinin qadınları zorlamaları ilə bağlı danışıqları yayılıb.
Danışıqlarda bir əsgərin başqa bir əsgərə “qızı zorlayıblar, 16 yaşı var” dediyi üzə çıxıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SSU) əldə etdiyi şok səs yazısında rus əsgərlərinin zorlama əməlləri ilə bağlı çəkinmədən danışdıqları eşidilib.
Qeyd edək ki, ukraynalı siyasətçi Mariya Mezentseva da işğal zamanı rus əsgərlərinin mülki əhali ilə kobud rəftar və zorlama hallarını izah edərkən bildirib ki, işğal zamanı zorlama hadisəsi ilə bağlı ilk dəfə istintaq açılıb.
Mezentseva ukraynalı bir qadının ərinin rus əsgərləri tərəfindən güllələnməsindən sonra onun uşaqlarının gözü qarşısında zorlandığını bildirib. Ukraynalı siyasətçi sərxoş rus əsgərlərinin evə basqın etdiyini, əvvəlcə evdə olan kişini öldürdüyünü, daha sonra isə uşaqlarının gözü qarşısında qadına təcavüz etdiyini deyib.
Turan Oruc
Medianews.az