Türkiyədə əylənmək üçün restorana gedən bir qrup şəxs arasında kütləvi dava qeydə alınıb.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, hadisə Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda baş verib.
Dava nəticəsində bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2 nəfərdən biri ölüb. Spirtli içki qəbul edən şəxslər arasında mübahisənin hansı səbəbdən yarandığı isə məlum deyil.