“Biz seçkiləri qazanmağa hazırlaşırdıq. Düzünü desəm, bu seçkilərdə qələbə qazanmışıq”.
APA-nın xəbərinə görə, bunu ABŞ-da prezident seçkilərində Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.
O qeyd edib ki, seçkidə saxtakarlıq baş verib və bu, xalq üçün utancvericidir: “ABŞ Ali Məhkəməsinə gedəcəyik. Bütün səsvermənin dayandırılmasını tələb edirik. Çox məyus bir qrup Amerika xalqının hüquqlarını məhdudlaşdırmağa çalışır. Buna dözüm göstərməyəcəyik. Biz qələbəni qeyd etməyə hazırlaşırıq”.