“Kişi hansısa qadınla cinsi əlaqədə olursa, mən ona xəyanət kimi baxmıram. Xəyanət tam başqa bir şeydir. Əgər həyat yoldaşım gedib kiminləsə münasibətdə olub evə qayıtmayacaqsa, xəyanət odur”.
Medianews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Ulduzun vaxtı” proqramında deyib. Sənətçi xəyanətdən danışıb:
“Əgər evinə qayıdırsa, hətta mən hiss etsəm də, üzünə vurmaram. Özümü onun getdiyi qadının səviyyəsinə salmaram, söhbəti böyütmərəm. Görməzlikdən gəlsəm, həmişə içində mənə qarşı sevgisi və hörməti olacaq. O qadın ki var, başlayacaq xəyanətdən sonra kişinin beynini yeməyə, onda içində rahatlıq yaranacaq ki, əcəb elədim. Kişilər fərqlidir. 3 oğul böyütmüşəm deyə belə rahat danışa bilirəm. Qadın bunu etməməlidir, hissləri ilə daha çox addım atmalıdır”.