Vətənimizə, bayrağımıza, müstəqilliyimizə uzanan əlləri qırarıq.
“Anadolu”nun məlumatına görə, bunu Sivasda keçirilən toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O bildirib ki, Türkiyəyə Afrində, Cerablusda zərbə vurmaq istəyən qüvvələrin dərsi verilib.
Ərdoğan qeyd edib ki, Türkiyənin naliyyətlərinə qarşı qurulan hər bir plan alt-üst olacaq. Onun sözlərinə görə, ölkədə prezident idarəçiliyi sistemini tənqid edərək köhnə sistemin qayıdacağını istəyənlərin arzuları puç olacaq.