“Pul qarşılığında yeməyə dəvət almaq fahişəlik sayılır”.
Medianews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov “Burak Özçivit Dubayda pul qarşılığında 80 qadınla yemək yeyib. Sizə belə bir təklif gəlsə, qəbul edərsiniz?”, sualını cavablandırarkən deyib.
O bildirib ki, pul qarşılığında kiminləsə yemək yemək fahişəlik sayılır.
Bu fikirdə olmasına baxmayaraq, sənətçi belə bir təklif olarsa, qəbul edəcəyini də istisna etməyib: “O şərtlə ki, bu, havayı olacaq”.
Qeyd edək ki, Burak Özçivitin bu davranışı sosial mediada birmənalı qarşılanmamışdı.