UEFA İtaliyanın “Milan” klubunu maliyyə “feyr pley”i qaydalarını pozduğuna görə iki il müddətinə avrokuboklardan kənarlaşdırıb.
“Report”un qurumun saytına istinadən verdiyi məlumata görə, komanda 2018-2019-cu il Avropa Liqasında iştirak edə bilməyəcək.
Milan təmsilçisinin əvəzinə “Atalanta” turnirdə çıxış edəcək, “Fiorentina” isə təsnifat mərhələsində mübarizə aparacaq.