Uruqvayda kişi öz arvadını sosial şəbəkədə şəkil paylaşdığı üçün ölümcül hala salıb.
Publika.az xəbər verir ki, 32 yaşlı Pedro Qaleano, 21 yaşlı həyat yoldaşı Adolfina Artikozanı “Feysbuk” sosial şəbəkəsində öz fotosunu paylaşdığı üçün döyüb. Yeni evli cütlük faciəli hadisə ilə dünya mətbuatının gündəminə çevrilib.
Həyat yoldaşını dəlicəsinə qısqanan Pedro şəkilə gələn hər “bəyənmə” (like) üçün arvadına bir yumuruq zərbəsi vurub. Şəkili isə nə az, nə çox, 256 istifadəçi bəyənib.
Ağır işgəncələrə məruz qalan qadının sifəti tanınmaz hala düşüb. Burnu və çənə sümüyü sınan qadın bir neçə estetik əməliyyat keçirtmək məcburiyyətində qalıb.
Yoldaşının öldüyünü düşünən Pedro könüllü şəkildə polisə təslim olub. Qadın isə qonşuları tərəfindən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmədə həyat yoldaşından şikayətçi olduğunu deyən qadın onun həbs olunmasını tələb edib. Pedro Qaleano 30 il müddətinə azadlıqdan məhrum edilib.