Boksçumuz 12 raundluq döyüşün 8-ci raundunda almaniyalı rəqibinə uduzaraq 2 kəmərdən də əlini üzüb
İdman Bu gecə Qəbələ Olimpiya İdman Kompleksində IBF, WBCA və WBO versiyaları üzrə kəmər uğrunda bok döyüşü keçirilib. ANS PRESS-in məlumatına görə, peşəkar boksçumuz Fariz Məmmədov 66,8 kq çəkidə olan almaniyalı Mattias Pelklə qarşılaşıb.
Fariz Məmmədov görüşün 8-ci raundunda texniki nokauta məğlub olub. Almaniyalı boksçu texniki nokaut hesabına hər 2 kəmərə sahib çıxıb.
Qeyd edək ki, qarşılaşmanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov və oğlu, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov da zaldan izləyib.