“Avropa İttifaqı bizə qarşı çox açıq və dəqiq olarsa, məsələn “Biz Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik” desə, bu, bizi rahatlaşdırar”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində deyib.
Türkiyə prezidenti bildirib ki, Avropa İttifaqı açıq və dəqiq mövqeyini nümayiş etdirsə, Ankara B və C planlarını həyata keçirə bilər.
“Yəni, Avropa İttifaqı bizim üçün “olmazsa olmaz” deyiləcək bir yer deyil. Türkiyə öz ayaqları üzərində dayanan, hazırda adambaşına milli gəliri 11 min dolları keçən bir ölkədir. Hazırda xalqımın böyük əksəriyyəti əslində Avropa İttifaqını istəmir, Avropa İttifaqının bizə qarşı yanaşmasını səmimi hesab etmir”, – Ərdoğan vurğulayıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.