ABŞ-da müəllimin şagirdlərlə cinsi əlaqədə olmasıyla bağlı daha bir qalmaqal yaşanır.
Milli.Az KMPH Fox 26-ya istinadən bildirir ki, Kaliforniya ştatındakı Klovis şəhərində yerləşən Clovis East High School məktəbində informasiya və kommunikasiya texnologiyalarından dərs deyən 28 yaşlı Lindsi Mişel Traymbl həbs olunub.
Şagirdlər onu siniflərdən birində 17 yaşlı oğlan şagirdlə cinsi əlaqədə olarkən görüblər.
Biabırçı hadisə barədə dərhal məktəbin direktoruna xəbər verilib.
Traymbl 55 min dollar məbləğində pullu zəmanətlə məhkəməyə qədər azadlığa buraxılıb.
Bu ilin mart ayında ərə gedərək ailə quran və avqustda Qlovis şəhərində yaşayaraq işləməyə başlayan, əslən Kaliforniyanın Fresno şəhərindən olan Traymbl ona qarşı irəli sürülmüş iddiaları qəbul etməyib.
Clovis Unified liseyinin rəhbərliyi Traymblı işdən qovub və onun “bundan sonra əsla müəllimlik etməyə yaxın buraxılmamalı” adam olduğunu bəyan edib.
Milli.Az