Madriddə keçirilən “Mad Cool” rok festivalında faciə baş verib.
Oxu.Az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Pedro adlı akrobat minlərlə tamaşaçının gözü önündə faciəli şəkildə həlak olub.
O, amerikalı “Green Day” qrupunun səhnəyə çıxışından öncə nömrə göstərərkən 28 metr hündürlükdən yıxılıb.
Gənc akrobat aldığı xəsarətlərdən yerindəcə keçinib.