Dünya ulduzu Con Lennonun evində 3 cəsəd tapılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cəsədlər “The Beatles” qrupunun solistinin 1960-cı ildə Liverpulda qaldığı evdə aşkarlanıb. 30 yaşlı gənc cinayətlə əlaqədar şübhəli şəxs kimi saxlanılıb. Cəsədlərdən biri qadına, 2-si isə uşağa aiddir. Onların ölüm səbəbi hələlik bilinmir.
Qeyd edək ki, Con Lennon həmin evdə ilk həyat yoldaşı Sinthia ilə birgə yaşayıb.