Sevgi insanoğlunun bəlkə də ən çox axtardığı duyğudur.Amma sevgidən sevgiyə də fərq var. Bəziləri tez alışıb, tez də sönür. Bəzilərində isə uzun illər davam edir. Tarix boyu yazarlar, şairlər, bəstəkarlar sevgi haqqında əsərlər yaradıblar və yeni əsərlər yaratmağa hələ də davam edirlər. Amma sevgi təkcə sənət adamlarının mövzusu deyil.
Alimlər insanları son 50 ildir ki, sistematik olaraq təhlil edirlər. Psixoloqlar aşiq olan insanın duyğu, düşüncə və davranışını daha yaxşı başa düşmək üçün modellər hazırlayır. Beyin alimləri sevginin psixoloji köklərini müəyyən etmək üçün maraqlı təcrübələr aparırlar. Heyvanlarla insanları müqayisə edərək sevgini idarə məhvumlarını öyrənməyə çalışırlar. Hazırda sevgiyə həsr olunmuş kitablar yazılır, simpoziumlar keçirilir. Psixoloq Orhan Öztük isə sevginin tərifini belə açıqlayır:
Sevginin halları
Platonik eşqlər, pataloji sevgilər, qara sevda kimi hallar xaricində sevgi, iki insan arasında yaşanan ortaq mövhumdur. Sevgilər, doğulur, böyüyür, formasını dəyişdirir və ölür. Bu sevgilərdə 3 fərqli özəllik orataya çıxır. Bu 3 özəllik belə düzülür: yaxınlıq, ehtiras və bağlılıq.
Yaxınlıq: Tərəflər arasında qurulan qarşılıqlı duyğusal əlaqə kimi ifadə edilir. Yaxınlıq xüsusiyyəti sayəsində münasibətlərdə istilik, səmimilik, duyğusal dəstək, əlaqə, anlayış, huzur, birlikdə keçirilən vaxtlardan zövq alma duyğusu inkişaf edir.
Ehtiras: Ehtiras sevginin psixifizioloji ölçüsü kimi tərif edilir. Həyəcan, sevgilinin yanında olanda nəfəsin kəsilməsi, ürək döyüntülərin artması, enerjinin artması, erotizm, fiziki cazibə, bütün diqqətin sevdiyin insana yönəlməsi və durmadan həmin insanı düşünmək kimi hallarla özünü göstərməyə başlayır.
Bağlılıq: Cütlüklər arasında qarşılıqlı əlaqə, bağlılıq, heç nəyə baxmayaraq birlikdə olmağı istəmək, ortaq həyat hədəfləmək və davam etdirmək özəlliyi kimi açıqlanır.