Xəbər verdiyimiz kimi, tanınmış futbolçu, “Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.
BAKU.WS-in məlumatına görə, ölümlə nəticələnən qəzanın səbəbkarı olan futbolçu Emil Balayev peşəkar karyerasına “Neftçi”də başlayıb.
Daha sonra o, icarə əsasında “Sumqayıt” və “Mil Muğan”da çıxış edib. Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə “Ayntraxt”a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və “Qarabağ”la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.
Qeyd edək ki, qolkiperin idarə etdiyi “BMW X5” markalı 10 0H 111 nömrəli avtomobil “Mercedes” markalı avtomobili vurub və nəticədə “Mercedes”də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir. Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb.
http://s017.radikal.ru/i435/1612/b3/be8bd80e007c.jpg
http://s011.radikal.ru/i315/1612/51/d1cbf0c3c02e.jpg
http://s018.radikal.ru/i511/1612/dc/70d86a2b634b.jpg
http://s45.radikal.ru/i108/1612/9d/7598597cfb8f.jpg
http://s020.radikal.ru/i722/1612/58/61a0b3160c4b.jpg
http://i053.radikal.ru/1612/a0/413176caaafd.jpg
http://s019.radikal.ru/i626/1612/12/af7e7033db5e.jpg
http://s020.radikal.ru/i719/1612/99/f175585a5446.jpg
http://s019.radikal.ru/i639/1612/1f/526b045c16d0.jpg
http://s015.radikal.ru/i331/1612/54/35c35bccb9b9.jpg