Müğənni Murad Dalqılıncın həyat yoldaşı, aktrisa Mərvə Boluğura aldığı hədiyyə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Axar.az xəbər verir ki, 1 il öncə Mərvə Boluğurla evlənən müğənni Murad Dalqılınc həyat yoldaşının ad gününə çox bahalı üzük hədiyyə edib.
Müğənninin belə çətin zamanlarda bahalı üzük alıb həyat yoldaşına nümayişkaranə şəkildə hədiyyə etməsi sosial şəbəkələrdə tənqid olunub.