Məşhur müğənni İrem Derici Antalyada verdiyi konsertdə öncə jurnalistlərin suallarını cavablandırıb.
Axşam.az xəbər verir ki, İrem, bir jurnalistin “Youtube baxışında kimsə əlinizə su tökə bilmir” sualına görə özündən çıxıb. Sosial media və video paylaşım platformalarında ən çox baxış sayı ilə gündəmə gələn İrem Derici, jurnalistin bu sualına “var canım, necə yoxdur?” deyə cavab verib: “Gülşən “Banqır Banqır” mahnısı ilə vedrə ilə su tökdü. Mənə bərk “sillə” vurdu. Amma çox şükür, halımdan razıyam. Əgər “məmunun deyiləm” desəm Allahın qəzəbinə düçar olaram”. Arıqlaması haqqında da danışan müğənni deyib ki, 42 bədəndən 34 bədənə qədər arıqlayıb.