32 yaşlı keçmiş məhbus model olub. Lenta.ru saytının xəbərinə görə, Ceremi Meksin maneken kimi ilk fotosu artıq İnstaqram səhifəsində yer alıb.
Keçmiş məhbusu 260 min nəfər izləyir. Onun ilk professional fotoçəkilişini bəyənənlərin sayı isə 24 min nəfər olub.
Onunla maneken kimi müqaviləni isə “White Cross Management” şirkəti bağlayıb. Onun yaraşıqlı məhbus kimi populyarlıq qazanması təsadüfi deyil. Hər şey onun 2014-cü ildə həbs olunmasından sonra şəhər polisinin facebook səhifəsində şəklinin yer almasından sonra başladı. Məhz həmin foto 100 min dəfə bəyənilmişdi. Sosial şəbəkə istifadəçiləri onu cazibədar və olduqca yaraşıqlı hesab etmişdilər.
Ötən il Miks qanunsuz silah saxlamağa görə 27 ay həbsə məhkum olunmuşdu. Amma Kaliforniya türməsi onu yaxşı davranışa görə vaxtından əvvəl azadlığa buraxıb. Elə azadlığa çıxandan sonra maneken və aktyor olmaq qərarına gəldiyini açıqlayıb.
Musavat.com