Akademik Cəlal Əliyevlə vida mərasimi keçirilir.
Musavat.com-un məlumatına görə, akademikin cənazəsi AMEA-nın əsas binasının “Dairəvi zalı”ndadır.
İndiyədək mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin köməkçisi Əli Həsənov iştirak ediblər. Hazırda mərasim zalında deputatlar, nazirlər, icra başçıları, ailənin yaxınları var.
Qeyd edək ki, Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.