Xalq artisti Aygün Kazımova bu yaxınlarda baş tutan “Ayrılarmı könül candan” adlı solo konserti ilə bağlı təəssüratlarını bölüşüb.
Axşam.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında bundan sonra fərqli konsert verəcəyini bildirib:
“Həmişə konsertdən sonra gözəl hisslər yaşayıram, elə bil yenidən doğuluram. Bundan sonra çox fərqli formatda konsert istəyirəm. Amma necə olacağını deməyəcəm. Mən paxıl insanam”.
Bu yaxınlarda xarici saytlardan birində A.Kazımova “Eurovision” yarışmasına təmsilçi kimi təqdim olunub. Müğənni bu məsələyə də münasibət bildirib:
“Pərəstişkarlarım bunla bağlı məlumat atıblar. Ciddi yanaşmamışam. Konsertdən sonra maraqlanacam ki, nə məsələdir”.