İranın ali lideri Ayətullah Əli Xamenei ölkədə keçirilən növbədənkənar prezident seçkilərində iştirakdan narazı qalıb.
Medianews.az xəbər verir ki, bu barədə müvafiq bəyanatla çıxış edib.
“Seçkilərin birinci turunda seçicilərin fəallığı gözlənildiyindən aşağı oldu”, – o deyib.
Xatırladaq ki, İranda prezident İbrahim Rəisinin təyyarə qəzası nəticəsində dünyasını dəyişməsindən sonra seçkilər keçirilir.
Seçkilərin birinci turu cümə günü, iyunun 28-də baş tutub.
İkinci tura islahatçı namizəd, Məclisin deputatı Məsud Pezeşikyan və mühafizəkar namizəd Səid Cəlili keçib.
Ayşən