“Meta” şirkətinə məxsus məşhur mesajlaşma platforması “WhatsApp” son yeniləməsi ilə minimum sistem tələblərini dəyişib və bu dəyişiklik köhnə telefon istifadəçilərinə də təsir edəcək.
Yenisabah.az xəbər verir ki, “Samsung”, “Apple”, “Motorola”, “Sony” kimi məşhur brendlərin 35 mobil telefonu artıq “WhatsApp” yeniləmələrini və ya təhlükəsizlik yamaqlarını almayacaq.
1.Samsung: Galaxy Note 3, Galaxy S3 Mini, Galaxy S4 Mini, Galaxy Ace Plus, Galaxy Core, Galaxy Express 2, Galaxy Grand, Galaxy Note 3 ve Galaxy S4 Zoom
2.Apple: iPhone 5, iPhone 6, iPhone SE, iPhone 6S ve iPhone 6S Plus
3.Motorola: Moto G ve Moto X
4.Huawei: Ascend P6 S, Ascend G525, Huawei C199, Huawei GX1s ve Huawei Y625
5.Lenovo: Lenovo 46600, Lenovo A858T, Lenovo P70 ve Lenovo S890
6.Sony: Xperia Z1 ve Xperia E3
7.LG: Optimus 4X HD, Optimus G, Optimus G Pro ve Optimus L7
Smartfon istehsalçıları adətən bir neçə ildir cihazları dəstəkləyir. İstifadəçilərin ən son təhlükəsizlik xüsusiyyətləri və funksiyalarından istifadə etmələrini təmin etmək üçün WhatsApp kimi proqramlar daha yeni proqram versiyaları üçün optimallaşdırılıb . Buna görə də, WhatsApp Android 5.0 və ya daha yeni və iOS 12 və ya daha yeni versiyalarla işləyən cihazları dəstəkləməyə davam edəcək. Yəni bu telefonlardan istifadə edənlər WhatsApp-dan istifadəyə davam etmək üçün daha yeni smartfona keçməli olacaq.