Hər bir valideyn öz övladını fərqli tərbiyə edir, amma hər kəsin bu zaman bəzi səhvləri olur. İdeal valideyn olmaq mümkün deyil, ancaq anlayışlı ola bilərsiniz. Bütün uşaqların bəzi minimal öhdəlikləri var: ev tapşırıqlarını yerinə yetirin, gec saatlarda çöldə qalmayın, dişlərinizi fırçalayın, oyuncaqlarınızı kənara qoyun və s. Amma elə şeylər var ki, övladınız onu etməyə borclu deyil və buna görə uşağı danlamaq, qınamaq olmaz.
Medianews.az xəbər verir ki, təlimçi, psixoloq Valeriya Mixaylova uşaqlarla bağlı öz məsləhətlərini bölüşüb.
Onun fikrincə, uşaqlar üç şeyi etməməlidirlər.
Uşağınız sizə bütün həqiqəti deməməlidir.
Övladlarınız sizinlə eyni insanlardır: yəqin ki, onların heç kimə, xüsusən də valideynlərinə danışmaq istəmədikləri bəzi sirrləri var. Yeniyetmə olduğunuz vaxtları xatırlayın. Valideynlərinizin sizin haqqınızda hər şeyi bilməsini istəyirdiniz?
Uşağınız sizin “jilet”inizə çevrilməməlidir.
Çox vaxt ailədə ər-arvad arasında bəzi fikir ayrılıqları yarandıqda, analar böyük səhv edirlər – övladına atası ilə yaşadığı problemlər və münaqişələr barədə danışırlar. Bütün bunları psixoloqa və ya dostunuza söyləmək lazımdır. Əksinə, problem uşağın çiyinlərinə, onun kövrək psixikasına qoyulur. Uşağın təhsili, dünyagörüşü və kifayət qədər həyat təcrübəsi yoxdur. Onun edə biləcəyi yeganə şey anasını dinləməkdir, lakin bunun dəyəri çox yüksək ola bilər: ana və ata barışacaq, evdə atmosfer yaxşılaşacaq, lakin uşaq daha baş verənləri unutmayacaq – onun üçün bu, ciddi travma ola bilər.
Uşağınız bütün gözləntilərinizi qarşılamaq məcburiyyətində deyil.
Əgər biz hamımız valideynlərimizin gözləntilərini qarşılasaydıq, o zaman hər birimizin həyatı başqa cür olardı və indikindən daha yaxşı olacağına zəmanət yoxdur. Uşağınızın özü qərar verməsinə və öz yolunu seçməsinə icazə verin.
Özünüzü və çox, çox kiçik olanda dünyaya necə baxdığınızı xatırlayın: yetkin olmaq çətindir, amma uşaq olmaq da asan deyil.
Bəlkə də bu məsləhətlər uşaqlarla ünsiyyəti yaxşılaşdırmağa və yalnız illər keçdikdən sonra özlərini pis hiss etdirən böyük səhvlərin qarşısını almağa kömək edəcək.
Ayşən