Sankt-Peterburqda nəzarətsiz qalan 5 aylıq körpə ölüb. Polis ana və atanı saxlayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə, dünən gecə baş verib.
Polisin məlumatına görə, valideynlər körpəni iki saat nəzarətsiz qoyublar. 30 yaşlı qadın və 36 yaşlı kişi sərxoş halda saxlanılıb.
Cinayət işinin başlanması məsələsi həll edilir. Əgər iş açılsa, valideynləri 1 ilə qədər həbs gözləyir. Körpənin ölümünün bütün hallarını müəyyən etmək üçün cəsədi morqa göndərildi.
Medianews.az