Naxçıvan-Bakı reysinə bilet tapılmır.
Medianews.az xəbər verir ki, bu barədə videogörüntüləri oxucular redaksiyamıza yollayıblar.
Videodan görünür ki, kassanın qarşısında növbə var və insanlar bilet tapa bilmədikləri üçün narazıdırlar.
Oxucuların saytımıza verdiyi məlumata görə, bu proses daimidir. Naxçıvandan Bakıya təyyarə ilə gəlmək istəyən vətəndaşlar hər dəfə bu cür çətinliklərlə qarşılaşırlar.
Medianews.az