Rusiyanın paytaxtı Moskvada kran operatoru istidən tikinti kranının kabinəsində ölüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Mərhum, yaşayış kompleksinin tikintisində işləyirdi. O, 32 mərtəbəli yüksəklikdə, yerdən 200 metr aralıda özünü pis hiss edib. Onun həmkarları kranın üzərinə çıxa bilməyiblər və xilasedicilər çağırılıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da kran kabinəsinə dərhal daxil ola bilməyiblər. İşçinin yanına çatanda o, artıq ölmüşdür.
Qeyd edək ki, Moskvada son günlər şiddətli istilər yaşanır, bu gün havanın temperaturu +34 dərəcəyə çatır. Ehtimal olunur ki, işçinin halı həddindən artıq istiyə görə pisləşib.
Medianews.az