Tədqiq olunan bakteriya ştammlarının təxminən 20 faizi plastiki parçalaya bilər.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Leiden Universitetindən olan Hollandiyalı mikrobioloqlar tərəfindən bakteriyaların gözlənilməz bir faydalı xüsusiyyəti aşkar edilib.
İşin müəllifləri müəyyən ediblər ki, mikroorqanizmlər daha rahat enerji mənbələrindən məhrum olarsa, plastikdən qida kimi istifadə etmək üçün yönləndirilə bilər. Tədqiqatçılardan biri Jo-Ann Verschoor-a görə, bakteriyalar da insanlar kimi motivasiya olmadan heç nə etməyəcəklər. “Məsələn, bir çox insan qaçmağı sevmir, amma pələng onları təqib etsəydi, çox sürətli qaçardı” deyə o izah edib.
Tədqiqat lipaz A adlı genin mikroorqanizmlərin polimerlərlə qidalanma qabiliyyətində mühüm rol oynadığını göstərib. Alimlər hesab edirlər ki, onun kəşfi plastik tullantılarla mübarizə üçün yararlı olan bakteriyaların hovuzunu genişləndirir.
Medianews.az