Sahibkar İlon Mask robotlarla dostluq haqqında fikirlərini bölüşüb.
Medianews.az xəbər verir ki, bu barədə Business Insider məlumat yayıb.
“Cannes Lions” beynəlxalq festivalında çıxış edən “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri deyib ki, gələcəkdə insanlar robotlarla dost ola biləcəklər.
“Düşünürəm ki, insanlar öz şəxsi robotu Optimusa bir növ dost kimi baxmağa başlayacaqlar”, – deyə milyarder bildirib. Sahibkar həmçinin Tesla robotlarını məşhur pop mədəniyyət personajları ilə, məsələn, Ulduz Müharibələrindən droid R2-D2 ilə müqayisə edib.
Mask aydınlıq gətirdi ki, onun şirkəti robortları insanlara maksimum bənzətmək məqsədini qarşısına qoymayıb. Bununla belə, o qeyd edib ki, mühəndislər və dizaynerlər robotu elə yaradıblar ki, onunla dostluq etmək istəyərsən.
İlon Maskın proqnozuna görə, gələcəkdə hər bir insanın şəxsi robotu almaq imkanı olacaq. “Siz sadəcə ondan itinizi gəzdirməyi, evinizə və ya uşaqlarınıza baxmağı, şam yeməyi bişirməyi, pianoda çalmağı xahiş edə bilərsiniz”, – deyə amerikalı sahibkar bildirib.
Mask həmçinin qeyd edib ki, o, Optimus-u şirkətin ən qiymətli aktivlərindən biri hesab edir. O, gələcəkdə robotların sayca insanları ötəcəyini proqnozlaşdırıb.
Medianews.az