Hindistanda ərinin dəfn etdiyi qadın qonşu şəhərdə başqa kişi ilə birlikdə tapılıb.
Medianews.az deccanherald.com-a istinadla xəbər verir ki, hadisə Uttar Pradeş ştatında baş verib.
Məlumata görə, 40 yaşlı Phulmati Şumer iyunun 15-də yoxa çıxıb. Əri, 60 yaşlı Ram Şumer bildirib ki, arvadı itkin düşməzdən əvvəl valideynlərinin yanında olub və geri qayıdacaqmış. Lakin bu, baş verməyib. Arvadını tapa bilməyən ər polisə müraciət edib.
Dörd gündən sonra boğulma əlamətləri olan bir qadın cəsədi tapılıb. Rama Şumer onu həyat yoldaşı kimi tanıyaraq dəfn edib.
Hadisədən sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Məlum olub ki, Phulmatinin mobil telefonu onlayn olaraq aktivdir və ştatın o biri tərəfində – Chansi şəhərində yerləşir. Çox vaxt həmin mobil telefondan Sultanpur şəhərindən yalnız Şubhamın nömrəsinə zəng edilib. Dindirmə zamanı Şubham Phulmatinin sağ olduğunu və onunla birlikdə Chansiyə getdiyini etiraf edib. İndi polis Rama, Phulmati və Şubhamın dəfn edilmiş qadınla əlaqəsinin olub-olmadığını öyrənməyə çalışır.
Medianews.az