Həmkarı Ahmet Mümtaz Taylanın verilişində qonaq olan məşhur aktyor Uğur Aslan 6 fevral zəlzələsində itirdiyi 12 ailə üzvü haqqında danışarkən çətinlik çəkib.
Medianews.az xəbər verir ki, aparıcı da həmin anları dinləyərkən göz yaşlarını saxlaya bilməyib.
Aparıcının “Bu itkilərin öhdəsindən necə gəldin?” sualına cavab verən Uğur Aslan, “Özünü bir böcək kimi qeyri- zəif hiss etdiyin bir andır”,-deyə cavab verib.
Qardaşı, bibisi və qardaşı oğlunun da olduğu 12 ytaxınını itirən Uğur Aslan danışmaqda çətinlik çəkərkən, Ahmet Mümtaz Taylan canlı efir zamanı göz yaşlarına hakim ola bilməyib. Bir anda gözləri yaşla dolan Taylan daha sonra çətinliklə də olsa yayıma davam edib.
Medianews.az