ABŞ-da yaşayan dünyaca məşhur ürək cərrahı Mehmet Öz Meksikaya gedərkən təyyarədə halı pisləşən sərnişinə müdaxilə edərək həyata qaytarıb.
Medianews.az xəbər verir ki, Nyu Yorkdan Kabo San Lukasa gedən təyyarəyə minən Mehmet Öz havaya qalxdıqdan bir saat sonra sərnişinlərdən birinin halının pisləşdiyini görüb.
Mehmet Öz huşunu itirmiş sərnişinə müdaxilə edərək onu həyata qaytarıb. Çaxnaşma dolu anlar başqa bir sərnişin tərəfindən də lentə alınıb.
Sözügedən görüntüləri təqdim edirik.
Medianews.az