Türkiyənin Konya vilayətində uşaq bağçasında dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, bağçada 4 yaşlı qız yatarkən 3 yaşlı oğlanı 13 dəfə dişləyib.
Müəllimlərin müdaxilə etdiyi dəhşətli hadisədə 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Oğlunu xəstəxanada görən ana həyatının şokunu yaşayıb. Qulağı kəsiləcək qədər dişləndiyi aşkarlanan uşaq müalicə olunduqdan sonra evə buraxılıb. Prokurorluq və İl Milli Təhsil Müdirliyi araşdırmalara başlayıb.
Medianews.az