Rəsmi statistikalara görə, Azərbaycana ən çox turist göndərən ölkələrin adları açıqlanıb.
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov məlumat verib.
“Statistikaya görə, Azərbaycana ən çox turistlər müvafiq olaraq Rusiya, Türkiyə və Hindistandan gəlir. İlk 5-liyi isə İran və Gürcüstanı tamamlayır”, – deyə Cavanşir Bayramov bildirib.