Rusiyanın Yekaterinburq şəhərində miqrant qeyri-qanuni immiqrantlar haqqında süjet çəkən jurnalistlərə hücum edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, çəkiliş qrupu xarici vətəndaşların qondarma qeydiyyatı ilə bağlı araşdırma hazırlayırmış.
Qeyd olunur ki, miqrasiya mərkəzinin yaxınlığında bir nəfərin sənədsiz SİM kartları payladığı görülüb.
Məlumata görə, jurnalistlər bu adamla əlaqə saxlamağa çalışıblar, lakin birdən saqqallı miqrant onlara tərəf gəlib, videokameraları sındırıb və jurnalisti vurub. Qeyd olunur ki, zərərçəkənlər Rusiya Federasiyasının İstintaq Komitəsinə ərizə yazıblar.
Medianews.az