İsrail gərginliyin artmaqda davam etdiyi Livanda növbəti hərəkət kursuna qərar vermək nöqtəsinə yaxınlaşır.
Medianews.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Biz qərarın verilməli olduğu nöqtəyə yaxınlaşırıq və bu qərara hazırıq”, – TSAXAL nümayəndəsi bildirib.
Halevinin sözlərinə görə, belə bir qərar veriləcəyi təqdirdə ordu hücum əməliyyatlarına hazırdır.
“Məlum olduğu kimi, Hizbullah son günlər hücumlarını artırıb və bir çox hazırlıq işlərindən, o cümlədən ümumi qərargah səviyyəsində təlimlərdən sonra şimalda hücuma keçməyə hazırıq”,- o deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrail və Hizbullah arasında mövcud gərginliyi son dərəcə təhlükəli adlandırıb.
Onun sözlərinə görə, ABŞ genişmiqyaslı müharibəyə çevrilməməsi üçün eskalasiyanın qarşısını almağa çalışır.
Ayşən