Saxa Respublikasında (Yakutiya) 13 yaşlı məktəbli ov edərkən ölüb.
Medianews.az xəbər verir ki, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bu faktla bağlı aparılan istintaqın gedişi barədə hesabat istəyib.
İlkin araşdırmalara görə, kişilər iki azyaşlı uşağı da götürərək Turan ərazisinə ova gediblər. 12 yaşlı uşaq yamaca dırmaşarkən atasının silahını gəzdirib. Bir anda atəş açılıb və 13 yaşlı yeniyetmə yaralanıb. Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin vilayət istintaq idarəsinin rəisi Vitali Kondratenkoya yoxlamanın gedişi və onun ilkin nəticələri barədə məlumat verməyi tapşırıb.
Medianews.az