Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili fikir ayrılıqlarına baxmayaraq, Gürcüstanın ABŞ və Avropa ilə strateji tərəfdaşlığını elan edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, onun sözlərini Telegram-da “News – Georgia” sitat gətirir.
O, Qərb tərəfdaşları ilə münasibətlərdəki böhranı müvəqqəti adlandırıb. Qaribaşvilinin sözlərinə görə, Avropa İttifaqı və ABŞ-a hər şeyi yenidən izah etmək lazımdır.
“Əlbəttə, tərəfdaşlarımızla bir sıra fikir ayrılıqlarımız ola bilər, lakin razılaşdığımız məsələlər var. Bizim Amerika və Avropa ilə strateji tərəfdaşlığımız var”.
Hakim partiyanın rəhbəri qeyd edib ki, tərəflərin razılığa gələ bilməyəcəyi məsələlər ola bilər. Onun iddia etdiyi kimi, bunun üçün dialoq, müzakirə və söhbət lazımdır.
Medianews.az