Sankt-Peterburqdan olan 24 yaşlı model döymə etdirdikdən sonra reanimasiyaya yerləşdirilib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, indi o, klinik ölüm vəziyyətindədir.
İyunun 3-də qız yeni döymə vurdurmaq üçün rəfiqəsinin evinə gəlib. Tatu ustası onun dərisini uyuşdurmaq üçün ona novokain vurub. Bir neçə dəqiqədən sonra qız özünü pis hiss edib və huşunu itirib.
Təcili yardım həkimləri gəlib və dərman zəhərlənməsi diaqnozu qoyub və onu Mariinski xəstəxanasına aparıblar. Kliniki ölüm vəziyyətində o, nevroloji reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, həkimlər onun həyatı üçün mübarizə aparsalar da, lakin heç bir proqnoz vermirlər. Ehtimal olunur ki, qıza səhv dərman vurulub: zəif məhlul əvəzinə on faiz məhlul vurula bilərdi və həddindən artıq dozaya görə qız komaya düşüb.
Prokurorluq araşdırma aparır.
Medianews.az