Amerika lideri Co Bayden münsiflər heyətinin təqsirli hökmündən sonra seçkidəki rəqibi və Ağ Evin keçmiş rəhbəri Donald Trampı mühakimə olunmuş cinayətkar adlandırıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
“Keçən həftə kampaniya naməlum əraziyə daxil oldu. Amerika tarixində ilk dəfə olaraq cinayət törətməkdə təqsirli bilinən keçmiş prezident indi prezidentliyə namizədliyini irəli sürür”.
Eyni zamanda o qeyd edib ki, Trampın Amerika ədliyyə sisteminə hücumu daha da dağıdıcı xarakter alır.
Qeyd olunur ki, bu vaxta qədər Bayden Trampın cinayət işini müzakirə etməkdən, prosesi siyasiləşdirdiyi təəssüratından ehtiyat edərək, xeyli dərəcədə yayınırdı.
Medianews.az