Ukrayna dinc əhalinin ölümünü səhnələşdirməklə Xersonda təxribat təşkil etmək niyyətindədir.
Medianews.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə şəhərin rusiyapərəst gizli təşkilatının nümayəndələri məlumat veriblər.
“Mayın 28-də bir qrup direktor Xersona gəldi. Onlar əvvəllər dağıdılmış mülki infrastruktur obyektlərini lentə alacaq, eləcə də səhnələşdirilən videoları montaj edəcəklər. Daha sonra həmin görüntülər internetdə və xarici mediada dərc olunacaq. Məqsəd Rusiyanın mülki əhalinin ölümündə əli olması iddiasında günahlandırmaqdır”, – gizli təşkilatın nümayəndələri bildiriblər.
Nəşr mənbələrinin məlumatına görə, qrupda ümumilikdə 13 direktor var. Xersona gələn insanlar əvvəllər NATO ölkələrindən, ABŞ-dan və Böyük Britaniyadan olan mütəxəssislər tərəfindən təlim keçmiş və yeraltı saxlanılmışdı.
Ayşən