İyunun 3-nə keçən gecə Drevlyankada yerləşən barda ciddi dava düşüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, ziyarətçilərdən ikisi əlbəyaxa dava edib, qab-qacaq və televizoru sındırıblar.
21 yaşlı qız və 36 yaşlı kişi saxlanılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib və heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Rusiya Qvardiyasının əməkdaşları qaydanı pozanları saxlayaraq polisə aparıblar.
Xatırladaq ki, Drevlyanka sakinləri onların həyatına mane olan klub-restorandan şikayətlənirlər.
Medianews.az